Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:35

“Qurtuluş” sözünün avtoritarizm və ya totalitarizmə dəxli varmı?


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır Vətəndaşın sərbəst toplaşmaq hüququndan bu dəfə hakim Yeni Azərbaycan partiyası yararlanmaq istəyir.



Bundan qabaq hakimiyyət yalnız seçkilərə 3 ay qalmış mitinqlərə icazə veriləcəyini bildirirdi.



Bəs mitinqlər əleyhinə çıxan hakim partiyanın birdən-birə kütləvi aksiya keçirməsi nə ilə bağlıdır? Və mitinq hansı şüarlarla keçiriləcək? Demək olarmı ki, seçkilərlə bağlı kütləvi aksiyalara artıq həm müxalifət, həm də hakimiyyət qoşulub?



YAP-ın mətbuat katibi Hüseyn Paşayev bu mitinqin Milli Qurtuluş günü tədbirləri silsiləsindən olduğunu bildirir.



YAP-ın icra katibi Əli Əhmədov isə bunu seçki ilində müxalifətin meydanlara təkbaşına sahib olmasına yol verməmək kimi də qiymətləndirir.



Bəs iyunun 15-də müxalifət hakimiyyəti meydanda təkmi qoyacaq?



Müsavat partiyası başqanının müavini Mehman Cavadoğlu həmin gün heç bir əks-tədbir görməyəcəklərini deyir. O, bu bayramı avtoritarizm və totalitarizmlə əlaqələndirir.



Verilişimizin sualı:



“Qurtuluş” sözünün avtoritarizm və ya totalitarizmə dəxli varmı?



Verilişimizin qonaqları:



Bakıdakı “Far” Siyasi və İqtisadi Araşdırmalar Mərkəzindən Hikmət Hacızadə;



və İstanbuldakı Bilgi Universitetinin dossenti Arif Acaloğlu
verilişimizə telefonla bağlanırlar.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG