Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

İstirahət düşərgələri: qiymətlər, xidmətlər...


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır İstirahət deyəndə adətən belə təsəvvür yaranır ki, istirahət ancaq varlılar üçündür. Ancaq ucuz yerlər də var. Reklam və elan qəzetlərinin «Kirayə verirəm» bölümlərində daha çox istirahət üçün kirayə verilən evlər haqqında məlumatlara yer ayrılıb.



Məsələn, Abşeron sahillərində istirahət etmək istəyənlərə müxtəlif qiymətlərə kirayə evlər təklif olunur. Bunların arasında ayı 1500-2000 dollar olan villalar da var. Bu villalar sahilə çox yaxındır, hovuzdan, cakuzidən tutmuş işığın verilmədiyi saatlarda işlətmək üçün generatorlara qədər hər bir rahatlığa malikdir.



Orta qiymətə kirayə verilən evlərin qiyməti ayda 400-500 dollardır. Və bir də içində əşyası olmayan, yaxud televizoru, soyuducusu olmayan evlər var ki, 100 dollara da kirələmək olar. Həmin evlərdə rahat şərait yaratmaq istirahət edənlərin öz öhdəsinə düşür.



Bundan ucuz da yerlər tapmaq olar. Dənizkənarı sanatoriyalarda, keçmiş pioner düşərgələrində məskunlaşmış bəzi qaçqınlar məskunlaşdıqları otaqlardan birini və ya bütün mənzili kirayə verirlər.



Bölgələrdəki istirahət mərkəzlərində də həm zəngin, həm də aşağı imkanlı ailələrin büdcəsinə uyğun evlər var. Məsələn, şimal bölgəsindəki Nabran istirahət zonasında qiymətlər günü 12-150 dollar arasındadır.



Başqa bölgələrdə də təxminən eyni qiymətlərdir. Məsələn, Şəkiyə, yaxud Masallıya istirahətə getmək istəyənlər üçün qiymətlər günü 15 dollardan başlayır. 15 dollarlıq yerlər adətən bir neçə mərtəbəli binalardadır. Bunların yeganə rahatlığı hamamın olmasıdır. 30 dollarlıq yerlər isə kateclərdədir. Onların televizoru və soyuducusu da var.



İqtisadi İnkişaf Assosiasiyasının rəhbəri Orxan Kərimov deyir ki, Azərbaycanda istirahət mərkəzlərində qiymətlər turizmin inkişaf etdiyi ölkələrlə müqayisədə xeyli yüksəkdir. Onun sözlərinə görə, bəzi qiymətlər ucuz görünsə də, göstərilən xidmətlərin səviyyəsi ilə müqayisədə Azərbaycandakı qiymətlər hətta Antalya bölgəsinə nisbətən də bahadır. Amma bu, Azərbaycanda turizm sahəsinin zəif inkişaf etməsi ilə bağlıdır



Orxan Kərimov deyir ki, bütün dünyada turizmin əsas gəliri orta təbəqədən olan insanların istirahətindən əldə edilir. Azərbaycanda isə orta təbəqə yenicə formalaşır. Onun fikrincə, yoxsulluğun ləğvi proqramının gerçəkləşməsi davam etdikcə, yalnız gündəlik dolanışıq barədə düşünənlərin sayı azalacaq və onların öz istirahətlərini təşkil etmələri üçün əlavə vəsaitləri olacaq.
XS
SM
MD
LG