Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56

“Yahova Şahidləri”nin 4 üzvü həbs olunub


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Bakıda “Yahova Şahidləri” dini icmasının 4 üzvünü polis saxlayıb.



Saxlanmanın səbəbi kimi icma üzvlərinin xarici vətəndəndaş olmaları, həmçinin onlar üçün nəzərdə tutulan konkret ünvanda tədbir keçirməmələridir. Mətbuat xidmətinin rəhbəri Nigar Məmmədova deyir ki, bu hallar polisin narahatlığına səbəb olduğu üçün əməiyyat keçirilib və 4 nəfər həbs olunub.



Dinşünas alim Nəriman Qasımoğlu isə deyir ki, bu kimi hallar ölkədə dini etiqad azadlığı ilə bağlı problemlərin həll olunmaması ilə bağlıdır. Başqa bir səbəb kimi Nəriman Qasımoğlu məmurların dözümsüzlüyünü qeyd etdi.



Nəriman Qasımoğlu hesab edir ki, ölkədəki siyasi proseslərə müdaxilə edilmirsə və ya hansısa cinayətlərə yol verilmirsə, istər İslami, istərsə də qeyri-İslami dini icmaların fəaliyyətinə maneçilik yaradılmamalı və onların təmsilçiləri təqib olunmamalıdırlar.



Yerli mətbuatın yazdığına görə, “Yahova Şahidləri” dini icması Azərbaycanda 90-cı illərin ortalarından fəaliyyət göstərir. Həmin məlumatlarda əvvəlki illərdə də qurumun üzvlərinin Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında hüquq-mühafizə orqanları tərəfindən təqib olunduqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG