Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:13
Rubrikalar

“Azərenerji” “Barmek”i təkzib etdi


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın - “Azərenerji” Səhmdar Cəmiyyəti “Barmek-Azərbaycan”ın prezidenti Hüseyn Arabulun mümkün qəzalar haqqında dediklərini təkzib edib.



Qurumun mətbuat xidmətindən aldığımız məlumata görə, Hüseyn Arabulun Moskvada baş verən qəzanın Azərbaycanda da təkrarlana biləcəyi və avadanlıqların köhnəlməsi barədə fikirləri əsassızdır.



“Azərenerji” artıq 30 ildən çox istifadə olunan yardımçı stansiyaların təmirinə başlayıb. Qəzaların baş verməməsi üçün paytaxt Bakının 6 yardımçı stansiyasında, həmçinin Hövsan, İmişli, Badamdar, Xırdalan, Ağsu və Müşfiq stansiyalarında təmir aparılıb. Bu yaxınlarda Dünya Bankından alınan kredit hesabına təmir olunacaq sahələr də müəyyən olunub.



- 2006-cı ildən Azərbaycan ərazisi ilə İrandan Gürcüstana təbii qaz ötürülə bilər. Bu haqda razılaşma protokolu Tehranda iyunun sonlarında imzalanacaq.



Gürcüstanın yanacaq, energetika və kommunikasiya nazirinin müavini İsak Novruzovun verdiyi məlumata görə, ixrac üçün köhnə Qaradağ-Tbilisi kəməri istifadə olunacaq. Kəmərin Azərbaycan hissəsi 2004-cü ildə təmir olunub. Gürcüstan hissəsinin isə İranın ayıracağı 2.5 milyon dollarlıq qrant hesabına təmir olunacağı gözlənilir.



- İndi də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4737 manat, 1 rubl 166, 1 avro isə 5734 manatdır.
XS
SM
MD
LG