Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59
Rubrikalar

Azərbaycan gimnastları Avropa çempionatında beşinci olublar


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın - Moskvada bədii gimnastika üzrə 21-ci Avropa çempionatına yekun vurulub. Azərbaycan gimnastları komanda hesabında beşinci yeri tutub. Əvvəlki yerləri Rusiya, Ukrayna, Belarus və Bolqarıstan idmançıları bölüşdürüb. Ayrı-ayrı yarışlarda isə Azərbaycan idmançılarının çıxışları fərqli olub. Dinarə Gimatova iplə hərəkətdə yeddinci, Anna Qurbanova isə topla hərəkətdə yeddinci, ip və gürzlə hərəkətdə isə səkkizinci yeri tutub.



- Münhendə stend atıcılığı üzrə dünya kubokunun üçüncü mərhələ yarışına yekun vurulub. Pekin Olimpiadasına lisenziya xarakteri daşıyan turnirdə Azərbaycanı İradə Aşumova təmsil edib. Afina Olimpiadasının bürünc mükafatçısı 10 və 25 metr məsafələrdən hədəflərə atəş açmada uğur qazana bilməyib.



İyunun 13-də isə Milanda stend atıcılığı üzrə dünya kubokunun dördüncü mərhələsi start götürüb.



- Azərbaycanın voleybol üzrə qadın yığması iyunun 15-dən 19-dək Rusiyanın Yekaterinburq və Nijni Taqil şəhərlərində beynəlxalq “Yeltsin kuboku”nda iştirak edəcək. Yelena Şabovtakomandanın kapitanı Alla Həsənova həmin yarışa qatılmayacaqlar. Voleybolçu qızlar meydan sahibləri ilə yanaşı Kuba, Niderland, Türkiyə və Bolqarıstan milliləri ilə də yarışacaqlar.



Rusiyanın keçmiş prezidentinin şərəfinə keçirilmiş əvvəlki iki turnirdən Azərbaycan yığması bürünc medalla qayıtmışdı.
XS
SM
MD
LG