Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:00

Prezident Sankt-Peterburqda səfərdədir


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın İyunun 13-də Azərbaycan prezidenti İlham Əliyevin Sankt-Peterburqa səfəri başlayıb. İyunun 14-də o, 9-cu beynəlxalq iqtisadi forumun açılışında, daha sonra Azərbaycanla bağlı sərgidə iştirak edəcək.



İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə də görüşü gözlənilir. Prezidentlər Dağlıq Qarabağ münaqişəsini, Xəzərin statusunu müzakirə edəcəklər.



Müstəqil politoloq Rüstəm Məmmədov deyir ki, İlham Əliyevin Sankt-Peterburqa səfəri rəsmi deyil, işçi səfərdir. Yəni, hansısa sazişin imzalanması gözlənilmir, konkret məsələlər müzakirə edilə bilər.



Rüstəm Məmmədovun fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsində Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv addımlar atmalıdır, əks halda, bu, Rusiyanın ziyanına işləyəcək. Rüstəm Məmmədov fikrini Bakı-Ceyhan kəmərinin açılmasıyla izah edir.
XS
SM
MD
LG