Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:44

Gənclər Bakının gələcək mənzərəsi barədə


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın Paytaxt Bakının günügündən dəyişdiyini deyənlər çoxdur. Mütəxəssislər paytaxtın gələcək mənzərəsi üstündə müzakirələr apararkən, biz də həmin gələcək mənzərə barədə gənclərin arzularını soruşduq.



- Parklarımızda daha müasir və sürətli yelləncəklərin olmasını, yüksək səviyyəli əyləncə mərkəzlərinin açılmasını istərdim.



- Xarici ölkələrdə yay mövsümündə festivallar təşkil olunur, burada yerli və xarici müğənnilər iştirak edir. Bu cür festivallar sırf gənclər üçün nəzərdə tutulur. İstərdim ki, Bakıda da belə festivallar keçirilsin.



- Bakıda Braziliyadakı kimi möhtəşəm, əyləncəli və rəngarəng karnavalların keçirilməsini istərdim.



- Yaxın gələcəkdə Bakıda “Disney Land” kimi əyləncəli bir mərkəzin açılmasını istərdim.



Bakıda at yarışlarının keçirilməməsindən, sörfinq idman növünün inkişaf etməməsindən narazı olanlar da var.



- İstərdim ki, Bakıda sörfinq idman növünün inkişafı üçün geniş imkanlar yaradılsın.



- Bakıda kütləvi şəkildə at yarışlarının keçirilməsini istərdim.
XS
SM
MD
LG