Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:07

Qurultay dünya azərbaycanlıları arasında ixtilafa səbəb olub


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın «Qlobus»da biz müxtəlif səbəblərə görə vətənlərindən kənarda yaşayan, xaricdə təhsil alan azərbaycanlılardan, onların problemləri və nailiyyətlərindən, habelə diaspora təşkilatlarının fəaliyyətindən danışırıq.



«Qlobus»un bugünkü qonaqları:



- Fransa Müharibə Veteranları Təşkilatının üzvü, Parisdə yaşayan Qədir Suleymanov,



- Türkiyənin Konya şəhərində oxuyan Həsən Mikayıl.



Bugünkü «Qlobus»da həmçinin Dünya Azərbaycanlıları Konqresinin (DAK) 8-ci qurultayı ilə bağlı Azərbaycan diasporasında yaranmış ixtilafdan da danışacağıq.




Birinci qonağımız İkinci Dünya müharibəsinin döyüşçüsü, Fransa müqavimət hərəkatının iştirakçısı Qədir Süleymanovdur. O, Ermənistanda anadan olub. İkinci Dünya müharibəsinin ilk günlərində cəbhəyə çağrılıb. Krım cəbhəsində vuruşub və əsir düşüb. Sonradan Almaniyaya, oradan isə Fransaya gedib. İndi Qədir Süleymanovun 87 yaşı var. Muharibə qurtarandan bugünədək o, Parisdə yaşayır.



İkinci qonağımız Türkiyənin Konya şəhərində Selcuk Universitetinin beynəlxalq əlaqələr fakültəsində oxuyan Həsən Mikayıldır. O, deyir ki, Türkiyədə oxuyan azərbaycanlılar təhsillərini başa vurub Azərbaycana qayıdanda iş tapmaqda çətinlik çəkirlər. Buna görə də bəziləri yenidən Türkiyəyə qayıtmalı olurlar.



Ötən ay İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) 8-ci qurultayı keçirildi. Xaricdə yaşayan azərbaycanlıların bəziləri bu qurultayın gedişindən narazı qalıblar. Onlar iddia edirlər ki, qurultayda DAK-ın rəhbər orqanına Azərbaycan hakimiyyətinə yaxın olan şəxslər seçiliblər. Müxalifəti təmsil edənlərin isə bu orqana seçilməsinə imkan verilməyib. Bunu bizə Almaniyada yaşayan siyasi mühacir Ələsgər Siyabov deyib. Amma DAK-ın sədri Cavad Derəxti bu iddiaları rədd edir.



Daha ətraflı Audio hissədə



«Qlobus»da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər «Azadlıq» radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.
XS
SM
MD
LG