Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

Hökumət BƏT-lə birgə istehsalatda məhsuldarlığı artırmağa çalışır


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın Azərbaycan hökuməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birlikdə gələn həftədən müəssisələrdə məhsuldarlıq və rəqabət qabiliyyətinin artırılması ilə bağlı yeni layihə həyata keçirəcək.



Bu barədə razılıq Beynəlxalq Əmək Təşkilatının İsveçrənin Cenevrə şəhərində keçirilən konfransında əldə olunub.



Azərbaycanı həmin konfransda təmsil edən nümayəndə heyətinin üzvü Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun verdiyi məlumata görə, tədbirdə «İş adamlarının Azərbaycanda uşaq əməyinin aradan qaldırılmasında rolu» mövzusunda həyata keçirilən layihənin nəticələri barədə hesabat verilib.



Tədbirdə Azərbaycan nümayəndə heyəti qadın sahibkarlığının inkişafı ilə bağlı yeni bir layihəyə qoşulmaq arzusunu da dilə gətirib.



İyunun 11-də isə Azərbaycan nümayəndə heyətinin üzvləri konfransa qatılan müxtəlif ölkələrin iş adamları ilə görüşlər keçiriblər.
XS
SM
MD
LG