Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:48
Rubrikalar

«Karvan» «İntertoto» kubokunda ikinci heyətlə çıxış edəcək.


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur - Gəncədə futbol üzrə 13-cü dəfə Azərbaycan çempionunu müəyyən etmək üçün «Xəzər Lənkəran»la «Neftçi» komandaları qarşılaşdı. Oyun 2:1 hesabı ilə «Neftçi»nin qələbəsiylə başa çatdı.



İlk qolu «Xəzər»in futbolçusu Alim Qurbanov 42-ci dəqiqədə vurdu. 69-cu dəqiqədə isə Ruslan Abbasov hesabı bərabərləşdirdi – 1:1. 73-cü dəqiqədə Zaur Tağızadə ikinci qolu «Xəzər»in qapısından keçirdi – 2:1. Beləliklə, «Neftçi» 13-cü Azərbaycan çempionu oldu.



- Futbol üzrə ölkə çempionatını üçüncü yerdə başa vurmuş Yevlaxın «Karvan» klubu Azərbaycanı «İntertoto» kuboku turnirində ikinci heyətlə təmsil edəcək. Bu, «Karvan»ın qitəmiqyaslı turnirlərdə debütüdür. Komandanın baş meneceri Ceyhun Babayevin verdiyi məlumata görə, «Karvan» ilk oyununu Polşanın «Lex» komandasına qarşı keçirəcək.



«İlk qarşılaşma iyunun 19-də Bakıda, iyunun 25-də isə rəqib meydançasında olacaq. Sabahdan Bakıda məşqlərə başlayırıq. Gənc heyətlə ona görə çıxış edirik ki, gənclərə şans vermək istəyirik».



- İyulun 17-də Polşanın Vroslav şəhərində Polşa və Avstriya yığma futbol komandaları arasında «B» Gələcək Kuboku oyunu keçiriləcək. Oyunu Azərbaycandan olan FIFA hakimi Xəqani Məmmədov və iki FIFA hakim köməkçisi idarə edəcək. Bununla bağlı AFFA-ya Polşa Futbol Assosiasiyası rəsmi müraciət edib.



- İyunun 17-dən iyulun 3-dək kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı keçiriləcək. Azərbaycanı turnirdə 10 şahmatçı təmsil edəcək. Onların arasında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov da var.



- Pnevmatik tapançadan güllə atıcısı, Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova Münhendə keçirilən Dünya Kubokunun üçüncü mərhələsində yarışır. 10 metr məsafəyə atəş açmaqda uğur qazanmasa da, o, iyunun 11-12-də 25 metrə atəş açmaqda qüvvəsini sınayacaq. İyunun 13-də isə Milanda keçiriləcək Dünya Kubokunun dördüncü mərhələsində iştirak edəcək. Milan turniri Dünya Kubokunun bu mövsüm sonuncu mərhələsi olacaq.
XS
SM
MD
LG