Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:02

«Neftçi» çempion oldu


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur İyunun 10-da Azərbaycanın futbol üzrə 13-cü milli çempionatının qalibi müəyyənləşdi. Gəncə şəhər stadionunda «qızıl oyun»da qarşılaşan Bakının «Neftçi» klubu Lənkəranın «Xəzər» klubuna 2-1 hesabı ilə qalib gəldi.



Oyunun birinci hissəsinin 42-ci dəqiqəsində «Xəzər Lənkəran» Alim Qurbanovun vurduğu qolla irəli keçdi. İkinci hissədə hücumlarını artıran «Neftçi» 69-cu dəqiqədə Ruslan Abbasovun möhtəşəm qolu ilə hesabı bərabərləşdirdi. 73-cü dəqiqədə isə Zaur Tağızadə ikinci topu «Xəzər Lənkəran»ın qapısından keçirdi: 2-1



«Neftçi» futbol üzrə 13-cü milli çempionatın qalibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG