Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

«Üçlər» blokun adını, rəngini və rəmzini müəyyənləşdirdi


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur Parlament seçkilərində birgə iştiraka qərar verən ADP, AXCP və Müsavat partiyaları bundan sonra fəaliyyətini «Azadlıq» bloku adıyla davam etdirəcək.



Bloka daxil olan partiyaların iyunun 10-da keçirilən toplantısında blokun rəmzləri də müəyyən edilib. Üç partiyanı birləşdirən «Azadlıq» bloku özünə narıncı rəngi və bu rəngdə qərənfili rəmz seçib. Məlumatı AXCP-nin sədr müavini Fuad Mustafayev verdi.



Fuad Mustafayev bildirdi ki, blokun parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısı da artıq hazırdır. O, siyahı ilə bağlı son müzakirələr aparıldığını dedi.



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirovsa deyir ki, bu blok öz ətrafında kifayət qədər aktiv, radikal, amma ənənəvi, daha konkret desək, dəyişməz elektorat cəmləyib. Bu səbəbdən də blokdakı partiyaları və onların liderlərini neçə illərdir müxalifətdə görürük.



Rauf Mirqədirovun fikrincə, blokdakı partiyalar öz elektoratlarını artırmaq üçün müxalifəti qəbul etməyən, eyni zamanda hökumətdən də narazı olan vətəndaşlarla iş aparmalıdır.



Bütün bunlarla yanaşı cənab Mirqədirov hesab edir ki, üç partiyanın birləşdiyi «Azadlıq» bloku qarşıdakı parlament seçkilərində kifayət qədər aktiv olacaq.
XS
SM
MD
LG