Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

QHT-lərin ümumrespublika seçki forumu keçirildi


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur İyunun 10-da qeyri-hökumət təşkilatları rəhbərlərini birləşdirən «İctimai Liderlər Birliyi» blokunun təşəbbüsü ilə QHT-lərin ümumrespublika seçki forumu keçirildi.



Məqsəd seçkinin gedişatını müşahidəylə bağlı məhdudiyyətlərin ləğvi, eləcə də seçki öncəsi fəaliyyəti koordinasiya etməklə bağlı məsləhətləşmə aparmaq idi.



«İctimai Liderlər Birliyi»nin təsisçilərindən olan, Milli QHT Forumunun prezidenti Azay Quliyev bildirdi ki, gələn həftə Seçki Məcəlləsinə dəyişikliklərin parlamentdə müzakirəsi zamanı bu problemlərə də diqqət yetirilməlidir.



Forumda səslənən problemlərə iyunun 10-da parlamentin plenar iclasında bir sıra millət vəkilləri də toxunublar. Məsələn, Əliməmməd Nuriyev deyib ki, qeyri-hökumət təşkilatları ilə bağlı qanuna yenidən baxılmalı, üçüncü sektorun seçkini müşahidə etməsi üçün məhdudiyyətlər aradan qaldırılmalıdır.



Millət vəkili Mais Səfərli də qeyri-hökumət təşkilatlarının üzləşdikləri maneələrin aradan qaldırılmasının zəruri olduğunu bildirib.



Prezident İlham Əliyevin əmisi, millət vəkili Cəlal Əliyev isə həmkarlarının təkliflərinə təəccübləndiyini söyləyib. Və ümumiyyətlə, qeyri-hökumət təşkilatlarını xarici qurumlarla əməkdaşlıqda, dağıdıcı qüvvə kimi fəaliyyət göstərməkdə ittiham edib. O, deputatlara müraciətlə deyib ki, vətənini sevənlər qeyri-hökumət təşkilatlarına düşmən kimi yanaşmalıdırlar



Milli Məclisin sədri Murtuz Ələsgərov da Cəlal Əliyevin fikrinə şərik çıxdığını deyib. Onun sözlərinə görə, üçüncü sektorun nümayəndələri Azərbaycanın beynəlxalq nüfuzunu aşağı salmağa çalışırlar.



Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev isə bildirir ki, beş ildir parlamentdə qeyri-hökumət təşkilatlarının problemini həll edə bilmirlər. Bu da bəzi deputatlar istisna olmaqla Milli Məclisin üçüncü sektora münasibətinin yaxşı olmamasıyla bağlıdır.
XS
SM
MD
LG