Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:48

Nazir üçüncü mobil operatorun ölkəyə gələcəyini bildirir


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur Azərbaycanda internetdən istifadədə son vaxtlar yaranan fasilələr Moskvadakı texniki problemlə bağlıdır. Bunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirdi: «İkinci dəfədir ki, internet Azərbaycanda qlobal şəkildə dayanır. Bunun əsas səbəbi odur ki, Azərbaycan əsas internet şəbəkəsinə Moskvadan birləşir. Moskıva kanalında zədə var və dayanmalar olur».



Onun sözlərinə görə, yenidən bu problemlə qarşılaşmamaq üçün alternartiv kanallar axtarılır.



Əli Abbasov deyir ki, bir sıra şirkətlər üçüncü operator kimi ölkədəki mobil rabitə bazarı ilə maraqlanırlar: «Yeni lisenziya elan olunandan sonra üçüncü operator gələcək».



Nazirin sözlərinə görə, Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının inkişafına görə inkişaf edən ölkələrdən çox geri qalır. 2008-ci ilə qədər inkişafın üç dəfə artırılması, ümumdünya orta göstəricilərindən irəliyə keçmək planlaşdırılır.
XS
SM
MD
LG