Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:37

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün tədbirlər görülür


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur Azərbaycanda yoluxucu xəstəliklərin, o cümlədən, hepatit A-nın (sarılığın) qarşısını almaq üçün gigiyenik tədbirlər həyata keçirilir. Bu haqda «Azadlıq» radiosuna Səhiyyə Nazirliyinin sanitar-epidemioloji departamentinin rəhbəri Viktor Qasımov Azərbaycanda hepatit A virusunun yayılmasının mümkünlüyü barədə danışarkən bildirdi: «Ancaq istehsal normaları, texnologiya kobud pozulsa, müəssisədaxili nəzarət olmasa, istənilən xəstəliyin yayılması mümkündür».



Cənab Qasımov profilaktik tədbirlər sırasında ilk öncə içməli suyun laborator müayinədən keçirilməsini göstərir.



O, bildirir ki, istənilən virusun yayılması üçün təhlükə mənbəyi qida məhsullarından keçir və bu sahəyə lazımi nəzarət lazımdır.



Mədə-bağırsaq infeksiyası olan hepatit A əsasən su və qida məhsullarından keçir.



Son günlər Rusiyada bu virusa yüzlərlə adam yoluxub.



Rusiyada onun yayılma mənbəyinin pivə olduğu bildirilir.
XS
SM
MD
LG