Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44
Rubrikalar

İraq neft sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur - Dünya Bankı Azərbaycanda kənd yerlərində ətraf mühitin qorunması üzrə layihəni təsdiqləyib. Ümumi dəyəri 18 milyon dollar olan layihə Azərbaycanın iki dağlıq ərazisində bio-müxtəlifliyi, təbii ehtiyatları daha yaxşı qorumağa imkan verəcək. Lahiyə çərçivəsində Şahdağ Milli Parkı yaradılacaq və Ordubad Milli Parkı genişləndiriləcək.



- İyunun 10-da «Şahdəniz» qazının Yunanıstana daşınması üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə həmin ölkənin DEPA şirkəti arasında danışıqların növbəti raundu başa çatıb.



«BP-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord deyib ki, Yunanıstana, ordansa Avropanın digər ölkələrinə qazın daşınması 2011-ci ildən tez başlamayacaq. Buna görə şirkətin mütəxəssisləri qazın mümkün satış imkanlarını öyrənirlər.



- İyunun 10-da Bakıda «Xəzər neft-qaz, neftayırma və neft kimyası-2005» sərgi-konfransı başa çatıb.



- İraq hökuməti Azərbaycanla neft sahəsində əməkdaşlıq etmək istəyir. Bu barədə niyyət məktubu Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan hökumətinə təqdim olunub. Bu məlumatı MPA agentliyi İraqın Bakıdakı səfiri Ərşad Ömər İsmayıla istinadla verir. Səfir ümid edir ki, yaxın vaxtlarda onlara rəsmi cavab veriləcək.



- İyunun 10-a olan məlumata görə, Milli Bankda 1 Amerika dolları 4741 manat, 1 avro 5799 manat, 1 rus rublu 166 manatdır.
XS
SM
MD
LG