Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:23

İlham Əliyev Xorvatiyaya gedib


Səs: Real audio
Bunlar Ziyafət Əsgərov, Əli Hüseynov və Fuad Ələsgərovdur Azərbaycan prezidenti İlham Əliyev iyunun 10-da Xorvatiyaya gedib. Səfər Xorvatiya prezidenti Stipe Mesiçin dəvəti ilə reallaşıb.



İki gün davam edəcək səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, ticarət-iqtisadi, mədəni və s. sahələri əhatə edən bir sıra sənədlərin, o cümlədən siyasi deklorasiyanın imzalanacağı gözlənilir.



Xorvatiyanın «HRT» telekanalının əməkdaşı İnka Eteroviçin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Azərbaycan prezidentinin bu axşam xorvat həmkarı ilə görüşü gözlənilir.



Ekspert Xaləddin İbrahimlı Xorvatiyanı Azərbaycan üçün geosiyasi baxımdan strateji ölkə hesab etmir və bu səfəri Avropaya adi gediş kimi qiymətləndirir.

O, səfər zamanı GUAM-la baglı hansısa perspektiv əməkdaşlıgın planlaşdırıla biləcəyini da ehtimal edir.



Eks xarici işlər naziri Tofiq Zülfüqarov isə səfərlə baglı ətraflı informasiya olmadıgından hər hansı şərh verməkdə çətinlik çəkdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG