Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:49

Vəkil Dövlət Gömrük Komitəsinin istintaq sirrini yaydığını bildirir


Səs: Real audio
Gert Arens Ukraynadakı son prezident seçkilərində də eyni funksiyanı həyata keçirib ADP sədri, eks-spiker Rəsul Quliyevin qohumu Almaz Quliyeva haqqında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin yaydığı məlumat təhrif olunmuş və məqsədyönlü addımdır.



Bunu xanım Quliyevanın vəkili Osman Kazımov bildirir.



DGK İstintaq İdarəsinin məlumatında deyilir ki, Almaz Quliyeva yazdığı izahatda çamadanına əri İlqar Quliyevə məxsus iki cüt ayaqqabı qoyduğunu təsdiqləyib. Məlumatda deyilir ki, tapança kişi ayaqqabısının içindən tapılıb.



Vəkilsə deyir ki, Almaz xanım izahatı onun yanında yazıb, ayaqqabıları çamadana qoyduğunu, ancaq onların içində heç nə olmadığını qeyd edib.



Cənab Kazımov DGK-nin istintaq sirrini yaydığını, bu işdə maraqlı olduğunu deyir. O, cinayət işini komitənin araşdırmasına etiraz edəcəklərini bildirir.



Eks-spiker Rəsul Quliyevin qohumu, Böyük Britaniya vətəndaşı Almaz Quliyeva iyunun 3-də Binə hava limanında Londona uçmaq istəyən zaman saxlanıb. Onun çantasından tapança tapıldığı bildirilir.



Xanım Quliyeva hazırda 1 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindədir. Dindirilmə zamanı onun səhhəti pisləşmiş, xəstəxanaya yerləşdirilmişdi.
XS
SM
MD
LG