Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Fövqəladə hallarda mobil telefonlar niyə işləmir?


Səs: Real audio
Gert Arens Ukraynadakı son prezident seçkilərində də eyni funksiyanı həyata keçirib “Azərcell” şirkətinin mətbuat xidmətindən Nigar Şıxlinskaya deyir ki, çoxlu sayda abonentin eyni vaxtda mobil telefondan istifadəsi zamanı xətlərdə yüklənmə baş verir. Yəni, danışmaq istəyən abonentin sayının həddən artıq olması zəng etməyi çətinləşdirir və ya ümumiyyətlə, mümkünsüz edir.



Onun sözlərinə görə, bu, dünyanın hər yerində belədir. Hətta Türkiyənin məhşur operatoru «Türkcell» də öz abonentlərindən fövqəladə hallar zamanı SMS-dən istifadə etməyi xahiş edir.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, bir çox hallarda insanların mobil rabitədən normal istifadə edə bilməməsinin səbəbi başqadır. Onun sözlərinə görə, “Azərcell” uzun müddətdir ki, Azərbaycanın rabitə bazarında inhisarçı mövqe tutur. Özünün də etirafına görə, hazırda Azərbaycanın rabitə bazarının 85 faizi bu şirkətin əlindədir. “Azərcell” bazara daxil olandan keyfiyyətli xidmət yox, bütün potensial müştəriləri və əraziləri tutmaq siyasəti yürüdüb. Nəticədə xidmətin keyfiyyəti məsələsi arxa plana keçib.



Rabitə Nazirliyi tənzimləmə şöbəsinin müdiri İltimas Məmmədov isə deyir ki, mobil rabitə sisteminin fövqəladə hallarda normal işləməsi üçün gərək quraşdırılan avadanlığın gücü indikindən ən azı 4 dəfə artıq olsun.



Mütəxəssislər kütləvi aksiyalar zamanı mobil rabitə sistemində yaranan problemi siyasi yox, texniki amillə bağlayırlar.



Nigar Şıxlinskaya deyir ki, belə hallarla bağlı indiyə qədər şirkətə heç bir şikayət daxil olmayıb.



Osman Gündüzün fikrincə isə, çoxlu sayda insanın toplaşdığı yerdə avadanlıqların tab gətirməməsi təbii haldır. Ona görə də konsertlər, bayram tədbirləri zamanı “Azərcell” öz səyyar antennalarını aparıb həmin yerdə qurur. Bu, bütün normal olkələrdə belədir. Sadəcə, müvafiq icra orqanı ya da mitinqin təşkilatçıları bu barədə şirkətə məlumat verməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG