Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:41

Metropoliten günahı sərnişinlərdə, sərnişinlər isə metropolitendə görür


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir Metropolitenin rəhbərliyi hesab edir ki, iyunun 8-i metronun «Bakı Soveti» stansiyasında baş verən faciəli qəzanın məsuliyyəti vətəndaşların üzərinə düşür.



Metropolitenin baş mühəndisi Elbrus Muradov da deyir ki, qəzanın baş verdiyi eskalator iyunun 6-dan təmirdəydi. Sərnişinlər xəbərdarlığa baxmayaraq təmirə dayanan bu eskalatora çıxıblar və həmin eskalator tam işlək vəziyyətdə olmadığından ağırlığa tab gətirə bilməyib.



“Əgər eskalator təmirdədirsə, o necə işləyə bilərdi”.



Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunan sərnişinlərdən biri Svetlana Hüseynovanın sözlərinə görə isə, həmin vaxt eskalatora məhz metro işçilərinin razılığı ilə miniblər. Üstəlik, eskalator minik başlamazdan öncə hərəkətə də gətirilib.



Qəza nəticəsində ağır xəsarət alan başqa bir sərnişin - Habil Salmanov da deyir ki, eskalatorun hərəkətsiz dayanması haqda deyilənlər həqiqətdən uzaqdır. Onun sözlərinə görə, əgər metronun işçiləri onlara xəbərdarlıq etsəydi, heç kim həmin eskalatora minməyə ürək etməzdi.



Bu hadisəyə görə zərərçəkənlərə kompensasiya verilib-verilməyəcəyi isə istintaqın gedişindən asılıdır.



Metropolitenin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun sözlərinə görə, əgər istintaq müəyyən etsə ki, qəzanın məsuliyyəti onların üzərinə düşür, onda kompensasiya verməyə hazırdırlar.



Zərərçəkənlərin qohumları isə hesab edirlər ki, dövlət bütün hallarda baş verən qəzaya görə kompensasiya verməlidir.



İqtisadçı-ekspert Zöhrab İsmayıl isə deyir ki, bir neçə gün əvvəl metronun «Bakı Soveti» stansiyasında oxşar hadisə onun da başına gəlib. Həmin eskalator onda da bir neçə dəfə dayanıb, sonra hərəkətə gətirilib. Üstəlik, sonrakı günlərdə də eskalatorun təmirə dayandığıyla bağlı heç bir işarəyə rast gəlməyib.



Onun sözlərinə görə, Bakının metro stansiyalarında istər eskalatorların, istərsə də vaqonların texniki keyfiyyəti oxşar qəzaların yenidən təkrarlanmasını istisna etmir. Ona görə də metropolitenin rəhbərliyi bütün bu məsələlərlə bağlı çox ciddi tədbirlər görməlidir. Gediş haqqını qaldırmadan daxili imkanlar hesabına bütün problemləri yoluna qoymaq olar.



“Biz görürük ki, metronun içərisinə nə qədər reklamlar vurulur. Keçidlərdə ticarət obyektləri fəaliyyət göstərir”.



Zöhrab İsmayıl deyir ki, metropolitenin gəlirləri ilə bağlı şəffaflıq təmin edilmir. Ona görə də iqtisadi problemlər adı altında bütün bu çatışmazlıqlara bir növ göz yumulur.
XS
SM
MD
LG