Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:06

Sumqayıt müxalifətçiləri yürüş-mitinq keçirmək istəyirlər


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir İyunun 9-da ADP, AXCP və Müsavat partiyalarının Sumqayıt təşkilatları şəhər İcra Hakimiyyətinə müraciət edərək iyunun 16-da saat 17:00-19:00 radələrində yürüş-mitinq keçirilməsinə icazə verilməsini xahiş ediblər.

Xəbəri «Azadlıq» radiosuna Müsavat partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvü Fəhmin Hacıyev verdi .



Cənab Hacıyevin sözlərinə görə, şəhər İH-nə göndərilən məktubda aksiyanın dörd istiqamətdə keçirilməsi təklif edilir.



O, aksiyaya icazə verilməyəcəyi təqdirdə də yürüş-mitinqi keçirməkdə israrlı olduqlarını bildirir.



Sumqayıt şəhər İH-nin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimov isə aksiya ilə bağlı məktubun hələlik onlara çatmadığını bildirdi.

Sumqayıt müxalifətçilərinin azad seçki keçirilməsi, müstəqil televiziyanın yaradılması, «16 oktyabr» hərəkatı üzvlərinin üzərindəki məhkumluğun götürülməsi, onların və mühacirətdə olan siyasətçilərin seçkidə iştirakına şərait yaradılması və s. tələblərlə bağlı şüarlar səsləndirəcəyi gözlənilir.
XS
SM
MD
LG