Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

UŞU-şən uşaqları klubunun lətifələri


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir “14-24”də yenə Bakı Dövlət Universitetinin UŞU-şən uşaqları klubunun üzvləri Orxan, İslam və Nofəldir. Hədiyyələri isə lətifələrdir. Buyurun dinləyin.



- Ata, ay ata, təbrik et məni.

- Niyə, a bala?

- Bu gün müəllimə hamıdan qabaq mən cavab vermişəm.

- Əhsən, sual nə idi?

- Müəllim soruşdu ki, pəncərəni kim sındırıb.




- Saxla, ver qırağa, saxla.

- Xahiş edirəm sənədlərinizi verəsiniz. Siz yol qaydalarını kobudcasına pozmusunuz, qırmızı işıqda keçmisiniz. Görməmisiz qırmızı işığı?

- Rəis, qırmızı işığı gördüm e, amma canımçün Sizi görmədim.



- Həkim, Siz məni hara aparırsız?

- Morqa.

- Axı mən hələ ölməmişəm.

- Axı biz hələ çatmamışıq.




- Ay kişi, yeməyi yemisən pulunu ver də. Pulunu verməsən polis çağıracağam.

- Elə bilirsən polis gəlib pulunu verəcək.



- Məni təbrik edin də. 560 səhifəlik kitab yazmışam.

- Hə, əvvəli necə başlayır?

- Çapayev ata minir.

- Axırı necə qurtarır?

- Çapayev atdan düşür.

- Bəs ortası?

- Çık-çık-çık-çık...
XS
SM
MD
LG