Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Gürcüstanın dini lideri II İliya Qaxdadır


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir Bir neçə gündür Azərbaycana gələn Gürcüstanın dini lideri II İliya iyunun 8-də Qax rayonuna gedib. Onu səfər zamanı milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumbaridze, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri Salman Musayev, Akif Ağayev və başqa bir sıra şəxslər müşayiət ediblər.



Qax rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Ziyafət Xasıyevanın sözlərinə görə, qonaqlar rayonun «Kürmük» və «Allahverdi» məbədlərini ziyarət ediblər. Axşam üstü isə Qax-ingloy kəndindəki «Müqəddəs Georgi» məbədində ibadət mərasimi keçiriblər.
XS
SM
MD
LG