Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:15
Rubrikalar

«Qızıl oyun»un hakimləri İsveçrə və Azərbaycandan olacaq


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Tofiq Bəhramov adına Respublika Stadionunu cərimələyib. 3 ay ölkənin birinci stadionunda heç bir oyun keçirilməyəcək. Buna səbəb iyunun 4-də Polşa və Azərbaycan yığma komandaları arasında keçirilən qarşılaşma vaxtı azarkeşlərin qeyri-etik hərəkətləri, stadionun təhlükəsizlik tələblərinə cavab vermədiyi göstərilir. Qitəmiqyaslı turnirlərdə iştirak edəcək Azərbaycan komandaları «Şəfa» stadionunda oyuna çıxacaq.



- İyunun 10-da futbol üzrə Azərbaycan çempionunu müəyyən etmək üçün “Xəzər-Lənkəran” və “Neftçi” arasında keçiriləcək oyunu idarə edəcək hakimlərin adları açıqlanıb. AFFA-nın Hakimlər Komitəsinin sədri Səyavuş İbrahimovun verdiyi məlumata görə, onlardan üçü İsveçrədən olan Karlo Bertolini, Martin İseli, Xuan Qarsiyadır. Dördüncü hakim Azərbaycandan olan Fariz Yusifovdur.



- İyunun 10-da Moskvada bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Gimnastika Federasiyasından verilən məlumata görə, çempionatda Azərbaycan Dinarə Gimatova və Anna Qurbanova ilə təmsil olunacaq. Onlar A qrupunda çıxış edəcək. Daha 6 bədii gimnast isə ilk dəfə olaraq gənclərdən ibarət qrup komandaları arasında yarışacaq.



Çempionatda 31 ölkədən 81 gimnast və 22 qrup iştirak edəcək.



- Azərbaycanın yeniyetmə cüdoçuları da Avropa çempionatına hazırlaşır. İyunun 18-də Avstriyada startı veriləcək çempionata 8 cüdoçu qatılacaq. Hazırda onlar yarışa məşqçi İbad Şabanovun rəhbərliyi altında hazırlaşır.
XS
SM
MD
LG