Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:05

ATƏT missiyası görüşləri davam etdirir


Səs: Real audio
Məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir ATƏT-in Demokratık Təsisatlar və İnsan Haqları Bürosunun Tələbatları Qiymətləndirmə Missiyası iyunun 8-də Yeni Azərbaycan partiyasının üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüblər.



Missiya Azərbaycandakı bir sıra səfirliklərdə də olub.



ATƏT-in Bakı ofisinin əməkdaşı Ülvi Axundlunun məlumatına görə, məqsəd ən müxtəlif mənbələrlə müzakirələr aparmaqla seçki öncəsi vəziyyəti öyrənməkdir.



Cənab Axundlu deyir ki, missiya parlamentdə təmsil olunan partiyaların nümayəndələri, Rusiya və İranın Azərbaycandakı səfirləri, İctimai Televiziyanın rəhbərliyi və media ekspertləri ilə də görüşəcək.



İyunun 9-da görüşləri başa çatdıran missiya üzvləri hesabat hazırlayacaqlar. Hesabat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun daimi şurasında müzakirə olunacaq. Məhz bu sənəd əsasında seçki ərəfəsində Azərbaycanda işə başlayacaq uzunmüddətli missiyanın fəaliyyət istiqaməti və onun tərkibi müəyyənləşdiriləcək.



Cənab Axundlu onu da deyir ki, seçki ərəfəsində Azərbaycanda işə başlayacaq uzunmüddətli missiyanı, seçkiyə bir neçə gün qalmış qısamüddətli müşahidəçilər missiyası əvəzləyəcək. Onlar səsvermə prosesini izləyərək ilkin və yekun hesabat hazırlayacaqlar.



Oxşar missiya Azərbaycanda 2003-cü ilin prezident seçkiləri ərəfəsində də fəaliyyət göstərib. Uzunmüddətli missiyaya ATƏT səfiri Piter Ayker başçılıq edib. Həmin vaxt hazırlanan hesabatda Azərbaycana 26 tövsiyə təqdim olunub.
XS
SM
MD
LG