Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Seçki komissiyalarının tərkibi üstündə mübahisələr bitmir


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsova görə, seçki komissiyalarının tərkibində dəyişiklik etmək məsələsini Azərbaycan tərəfi qəbul etmədiyindən yekun danışıqlarda bu məsələ heç müzakirəyə çıxarılmayıb.



President Aparatının hüquq və qanunvericilik şöbəsinin rəhbəri Şahin Əliyevsə deyir ki, Venesiya Komissiyası seçki komissiyalarının tərkibi ilə bağlı yeni bir təklif verib, bu da komissiyalarda təmsil olunan müxalifətçilərin sayının daha bir nəfər artırılmasından ibarətdir. Ancaq Şahin Əliyevin fikrincə, müxalifətə səs çoxluğu verilsə, o, komissiyaların qərarlarının qəbuluna maneçilik törədə bilər.



Müxalifət seçki komissiyalarının tərkibinin bütünlükdə dəyişdirilməsini tələb edir. Onların arqumentlərindən biri budur ki, komissiyalardakı bitərəflər əslində hakimiyyəti dəstəkləyir, heç vaxt müxalifətin lehinə səs vermir.



Venesiya Komissiyası həmçinin seçki komissiyalarının yenidən və konsensus əsasında təşkil olunmasını, komissiya rəhbərliyinin bir partiyanın monopoliyasından çıxarılmasını təklif edir.



Seçki Məcəlləsinə görə, MSK-da 6 nəfər Milli Məclisdə çoxluq təşkil edən partiyanın təmsilçisidir. 6 nəfər heç bir siyasi mənsubiyyəti olmayan şəxslərdir, 6 nəfər isə Milli Məclisdə azlıqda olan siyasi partiyaları təmsil edir. Ancaq ötən prezident seçkisi vaxtı əldə edilən razılığa görə, hazırda MSK-nın 15 üzvü var. Komissiyada qərarlar 2/3 səs çoxluğu ilə qəbul edilir.



MSK-nın katibi Vidadi Mahmudlu seçki komissiyalarının tərkibi ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu kimi paritetin formalaşdırılmasının mümkün olduğunu deyir. Ancaq prezident seçkisindən sonra bir çox komissiya üzvlərinin təzyiqlərə məruz qalmasına diqqət çəkir.



Vidadi Mahmudlu seçki komissiyalarında qərarların səslərin 2/3-si ilə qəbul edildiyini bildirir, ancaq sadə səs çoxluğu prinsipi də qüvvədədir. Belə ki, qərarlar 50 üstəgəl 1 prinsipiylə qəbul oluna bilir.



Ana Vətən partiyasının sədri Fəzail Ağamalının fikrincə, əgər seçki komissiyalarında müxalif partiya təmsilçilərinin sayının bir nəfər artırılması onlara say üstünlüyü verməzsə, bu mümkün variantdır, bir şərtlə ki, qüvvələr nisbəti müxalifətin xeyrinə dəyişməsin.



Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılovun fikrincə, məsələ heç də seçki komissiyalarının tərkibində kiminsə çoxluq təşkil etməsində deyil. Söhbət komissiyalarda obyektiv adamların təmsil olunmasından gedir.



Eldar İsmayılov seçki komissiyalarının paritet əsasda formalaşdırılacağı halda bəzi qərarların qəbulunda problem yaranacağını istisna etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG