Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Sonuncu kurs tələbələri təhsillərini Ukraynada davam etdirə bilərlər


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb Sonuncu – 4-cü və 5-ci kurs tələbələri təhsillərini Ukraynada da davam etdirə bilərlər. Bu imkanı yaradan İqtisadi Proqramın əsas məqsədi regionda iqtisadi, siyasi mühiti yaxşılaşdıracaq yeni iqtisadçı kadrlar hazırlamaqdır.



Proqram tələbələrin iki il müddətində əsas iqtisadi sahələr üzrə nəzəri və tətbiqi təlim kursları keçməsini təmin edəcək. Kurslar ingilis dilində keçiriləcək. Tələbələr həm də yüksəksürətli İnternetə qoşulan 2 kompüter laboratoriyası, tədris kitabları, iqtisadi ədəbiyyat və informasiya resursları ilə təchiz olunan kitabxanadan da istifadə edə biləcəklər. Bunlardan əlavə, tələbələrə hər ay 50 dollar təqaüd də veriləcək.



Proqramda iştirak etmək istəyən tələbələr ingilis dilini yüksək səviyyədə bilməli və riyazi biliklərə malik olmalıdır. Keçid imtahanında tələbənin Ukrayna dilini bilməsi tələb olunmur. Lakin imtahandan keçən tələbələrə tədrisin ilk ilində Ukrayna dili də öyrədiləcək.



Sənədlərin təqdim olunması üçün son tarix iyunun 24-dür. Əlavə məlumatı bu saytdan öyrənə bilərsiz: www.eerc.kiev.ua
XS
SM
MD
LG