Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:53

Vladimir Kazimirovun seminara qatılması qalmaqal yaratdı


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb İyunun 8-də «Azərbaycanın geostrateji əhəmiyyəti» adlı seminarda qalmaqal baş verdi. ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun tədbirə qatılması narazılıq yaratdı.



Seminarın keçirildiyi «Beynəlxalq Mətbuat Mərkəzi»nə daxil olan Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü cənab Kazimirovun toplantını tərk etməsini tələb etdilər. Onların sözlərinə görə, keçmiş həmsədr fəaliyyət göstərdiyi dövrdə Azərbaycana qarşı qərəzli mövqe tutub, ölkənin ərazi bütövlüyünü tanımayıb və ona görə də seminara qatıla və çıxış edə bilməz.



Qalmaqal yarım saata qədər davam etdi. Ancaq V.Kazimirov zalı tərk etmədi və tədbirdə çıxış etdi.



Seminar «Links» və «Sivilizasiya» qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilir.



Tədbirdə beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri, Prezident Aparatının əməkdaşları və politoloqlar iştirak edirdi.
XS
SM
MD
LG