Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:14

«2 milyon yarım seçici vəsiqəsi kimə veriləcək?»


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb «İlham Əliyevin prezidentliyinin son altı ayı və vətəndaş cəmiyyəti» ümumrespublika miqyaslı sosialoji tədqiqat yekunlaşıb. «525-ci qəzet»in məlumatına görə, sorğunun nəticələri əhalinin vəziyyətində irəliləyişlər olduğunu göstərir. Qeyd olunur ki, sorğuda iştirak edən respondentlərin əksəriyyəti bu dəyişiklikləri yaxşı mənada öz həyatlarında hiss etdiklərini ifadə etməkdən çəkinməyiblər. Məqalədə bildirilir ki, sorğunun nəticəsi ilə Azərbaycandakı reallıqlar arasında xeyli fərqlər var. Çünki bütövlükdə cəmiyyətin deyil, ayrı-ayrı fərdlərin həyat səviyyəsində müsbətə doğru dəyişikliklər baş verir. Orta və aşağı təbəqə isə gündəlik həyatda qarşılaşdığı problemləri qisimən də olsun həll etmək üçün yollar aramaqdadır.



«Bakı-Xəbər» qəzetindəki «2 milyon yarım seçici vəsiqəsi kimə veriləcək?» başlıqlı məqalədə Elşad Məmmədov yazır ki, hakimiyyətin parlament seçkilərini saxtalaşdırmaq niyyətində olduğunu cəmi iki faktla sübut etmək olar. Müəllifə görə, onlardan biri hakimiyyətin seçki komissiyalarının tərkibini dəyişmək istəməməsidir. Məqalədə ikinci səbəb kimi seçici siyahılarının hazırlanması göstərilir. Müəllif yazır ki, bu ilki seçkidə 4 milyondan artıq vətəndaşın səs verəcəyi bildirilsə də, onlardan 2 milyondan çoxu Azərbaycandan kənarda yaşayır. Və həmin yerlərdə onların səs verməsi üçün heç bir şərait yaradılmayıb. Müəllifə görə, parlament seçkilərində hökumətin əlində 2 miylondan çox doldurulmamış bülleten olacaq. Məqalədə iddia olunur ki, həmin bülletenlər hökumətin nəzarətində olan seçki komissiyaları tərəfindən səslərin hesablanması mərhələsində doldurulub qutulara salınacaq.



«Ayna» qəzetindəki «Türkiyə Azərbaycanı silahlandırır» başlıqlı məqalədə Cəsur Məmmədov yazır ki, Türkiyə və İtaliyanın 30-a yaxın hərbçisi Azərbaycana səfərə gəlib.

Məqalədə bildirilir ki, bu nümayəndə heyəti bir həftə Azərbaycanda olacaq. Səfərin gedişində avropalı qonaqlar Azərbaycan silahlı qüvvələrində NATO standartlarına uyğun aparılan islahatlarla yaxından tanış olmaq imkanı qazanacaqlar. Etibarlı qaynaqlara əsaslanan müəllif yazır ki, bugünlərdə Türkiyə Azərbaycanın silahlı qüvvələrini NATO-ya inteqrasiya çərçivəsində məhdud sayda silahlarla təmin edəcək. Bir sıra məlumatlara görə, müəyyən silah növlərinin nümunələri artıq Bakıya gətirilib və bununla bağlı yaxın günlərdə Azərbaycan və Türkiyə arasında müvafiq sazişin imzalanması gözlənilir.
XS
SM
MD
LG