Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

"Hakimiyyətin SM-ə təklif etdiyi düzəlişlər texniki xarakter daşıyır"


Səs: Real audio
Bu, Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının açıqladığı rəydə bildirilir Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində Venesiya Komissiyası (VK) və ATƏT-in 2003 və 2004 –cü ildə verdiyi tövsiyələrin böyük hissəsi əks olunmayıb.



2004-cü ildə çox mühüm məsələlərlə bağlı verilən tövsiyələrin bir hissəsi isə Azərbaycan hakimiyyəti tərəfindən ümümiyyətlə nəzərə alınmamışdır.



Rəsmi Bakının qəbul etmədiyi tövsiyələr siyahısına həmçinin seçki kampaniyasının maliyyləşdirilməsi, imza vərəqələri, seçki yürüşlərinin yeri, müşahidəçilik və namizədlərin qeydiyyatına aid olan və s. məsələlərlə bağlı tövsiyələr də daxildir.



Bu, Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi ilə bağlı VK-nin açıqladığı rəydə bildirilir.



VK ekspertləri demokratik seçkinin təşkilinə mənfi təsir edə biləcək digər mühüm məsələləri də göstərirlər. Məsələn, namizədlər üçün həddən artıq yüksək depozitin müəyyən edilməsi və müşahidəçi kimi çıxış etmək istəyən bəzi qeyri-hökümət təşkilatlarına məhdudiyyətlərin qoyulması belə məsələlərdəndir.



Ekspertlərin gəldiyi nəticəyə görə, Azərbaycan hakimiyyətinin SM-ə təklif etdiyi dəyişikliklər yalnız texniki xarakter daşıyır və kiçik məsələləri əhatə edir.



ATƏT və VK bu fikirdədir ki, verilmiş tövsiylərin qalan hissəsi nəzərə alınmasa, hazırkı qanun layihəsi, ictimayyətin Azərbaycanda seçki qanunvericiliyi və seçki praktikasına etimadını yaratmaq üçün azlıq edir.



VK-nin xarici əlaqələr üzrə nümayəndəsi Tatyana Mişelovanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, ekspertlərin hazırladığı 11 səhifəlik bu sənəd iyunun 10 və 11-də komissiyanın plenar sesiyasında müzakirə olunacaq.



O, Azərbaycan nümayəndələrilə yeni görüşün planlaşdırılmadığın bildirir: «Komissiyanın Azərbaycanla gələcək əməkdaşlığı AŞ PA-dan asılı olacaq».



Xanım Mişelova AŞ PA-nın Azərbaycanın öhdəliklərini yerinə yetirmədiyi ilə bağlı monitorinq edəcəyini söyləyir. Azərbaycana siyasi təyziqin edilməsinə ehtiyacın olub-olmadığını da qurum müəyyən edəcək.
XS
SM
MD
LG