Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:46

E.Məmmədyarov:«Dağlıq Qarabağ danışıqları intensivləşir»


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır «Dağlıq Qarabağ danışıqları intensivləşir». Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi. Nazirin sözlərinə görə, hazırda işğal altında olan 7 rayonun boşaldılması və demilitarizasiya məsələsi gündəlikdədir.



Cənab Məmmədyarovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpası məsələləri də müzakirə mövzusudur.



O, yaxın günlərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin yenidən regiona gəlişinin gözlənildiyini bildirdi.



Nazir iyunun 17-ə planlaşdırılan Paris görüşündən sonra ermənistanlı həmkarı Vardan Oskanyanla daha bir neçə dəfə bir araya gələcəyini də sözlərinə əlavə etdi.



Nazir sülhməramlı qüvvələrin bölgəyə dəvət olunması məsələsinin danışıqlar paketində öz əksini tapdığını söylədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG