Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:37

Nazir jurnalisti döyən polisin işdən çıxarıldığını deyir


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır Mayın 21-də müxalifətin yürüş-mitinqi zamanı «Zerkalo» qəzetinin əməkdaşı Fərid Teymurxanlını döyən polis daxili işlər orqanlarından xaric edilib. Bu haqda daxili işlər naziri Ramil Usubov məlumat versə də, həmin polisin adını açıqlamadı.



«Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı isə bildirdi ki, F.Teymurxanlını döyən polis Çevik Polis Alayının serjantı Cahangir Məmmədovdur.



Cənab Şıxlının sözlərinə görə, redaksiya həmin polisin məhkəmə vasitəsilə cəzalandırılmasını istəyir.



İyunun 7-i həmçinin Elçin Şıxlı və Fərid Teymurxanlı baş prokuror Zakir Qaralova, Bakı şəhər və Səbayel rayon prokurorluğuna məktub göndərib.



Məktubda jurnalisti döyən polis əməkdaşına cinayət işi açılması və mənəvi zərərə görə konpensasiya ödənilməsi tələb edilir.
XS
SM
MD
LG