Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:00

İmtahan hər bir halda bayramdır


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır İndi tələbələrin imtahan verdiyi bir vaxtdır. Onlardan kimisi bunu bayram hesab edir, kimisi də əksinə. Elə bizim debatçı tələbələrimiz Sülhiyyə Həsənova və Nahid Nəzirov kimi.



Sülhiyyə Həsənova: - İmtahanların gəlişi münasibətilə bütün tələbələri təbrik edirəm. Bu bizim üçün bir bayramdır.



Nahid Nəzirov: - Mən belə hesab edirəm ki, imtahandan bayram olmaz. Bayram istirahət və tətil günləridir. İmtahanlarda isə biz çalışırıq, dərs öyrənirik, kitabxanalara gedirik. Bunu heç də istirahət və ya tətil hesab etmək olmaz.



- Biz bütün ili oxuyuruq, yeni biliklər əldə edirik. Bunu bayram etməyə dəyər.



- Bəs bu necə bayramdır ki, tələbələr bir-birinə deyil, müəllimlərə hədiyyə verirlər.



- Belə tələbələr bütün ili çalışmırlar və həmin bayram günü müəllimlərə bayram payı verirlər.



- İmtahan məsuliyyət tələb edir. Və imtahana girəndə heç kəs zəmanət verə bilməz ki, mən 5 alacağam. Ola bilər ki, mən həmin imtahandan kəsilim və payızda yenidən imtahan verməli olum. Onda mən necə bunu bayram kimi qəbul edə bilərəm.



- Onda sən bunu qara bayram kimi qeyd edə bilərsən. Çünki, bütün ili tənbəllik etmisən, çalışmamısan. Bu vəziyyətdə sən necə 5 ala bilərsən. Odur ki, sən bunu qara bayram kimi keçirəcəksən.



- Arzu edirəm ki, heç bir tələbə, abituriyent imtahanı qara bayram kimi qeyd etməsin.
XS
SM
MD
LG