Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Dağıstanda Azərbaycan günləri keçiriləcək


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov 2005-ci ilin Rusiyada «Azərbaycan ili» elan edilməsi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncama əsasən respublikada Azərbaycanla bağlı bir sıra mədəni-kütləvi tədbirlər keçiriləcək. Artıq Dağıstan hökuməti tədbirlər planını təsdiq edib.



İyunun 6-da isə Dağıstan Dövlət Şurasının üzvü, Dərbənd rayon bələdiyyəsinin sədri Qurban Qurbanov bununla bağlı xüsusi müşavirə keçirib.



Azərbaycanlıların kompakt yaşadığı Dərbənd şəhərində Azərbaycan günləri daha geniş miqyasda keçiriləcək.



Azərbaycanın Xaçmaz və Dağıstanın Dərbənd rayonlarının «qardaş rayonlar» elan edilməsinin 20 illiyinin də hər iki respublikada qeyd edilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG