Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:33

ATƏT 4 iyun aksiyasının dinc keçməsini yüksək qiymətləndirir


Səs: Real audio
Təşkilat seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayır ATƏT-in Bakı ofisi iyunun 6-da yaydığı məlumatda müxalifətin 4 iyun yürüş-mitinqinin dinc və intizamlı keçməsini yüksək qiymətləndirib. Qurum Bakı şəhər İcra Hakimiyyətinin aksiya üçün müvafiq yer təklif etməsini bəyənib.



ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesinin fikrincə, hökumətlə müxalifət arasında səmimi dialoq bir çox siyasi problemləri həll edə bilər.



İyunun 6-da həmçinin ATƏT-in tələbatların qiymətləndirilməsi missiyasının nümayəndələri Bakıya gəlib. Jerar Miçelin başçılıq etdiyi missiya artıq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və «Üçlər» seçki blokuna daxil olan AXCP, ADP və Müsavat partiyasının rəhbərlərilə görüşüb.



Həftə sonuna kimi missiya Prezident Aparatı və Ədliyyə Nazirliyində də görüşlər keçirəcək.



AXCP-nin sərdi Əli Kərimli «Azadlıq» radiosuna bildirdi ki, ATƏT nümayəndələrinə seçkidə iştirak edən tərəflərə təbliğat aparmaq üçün eyni şərait yaradılmadığı, sərbəst toplaşma azadlığının tez-tez pozulduğu, seçki komissiyalarının demokratik prinsiplərlə formalaşdırılmadığı haqda məlumat veriblər.



Cənab Kərimli missiyadan parlament seçkilərinin demokratik keçirilməsində israrlı olmağı xahiş etdiklərini deyir .



Missiya Azərbaycanda seçkiqabağı vəziyətlə bağlı hesabat hazırlayaraq ATƏT-in daimi şurasına göndərəcək.



Təşkilatın Bakı ofisindən Ülvü Axundlu bildirir ki, hesabata əsasən Bakıya göndəriləcək müşahidəçilərin sayı və iş qaydaları müəyyən ediləcək.



ATƏT-in tələbatların qiymətləndirməsi missiyası Bakıda öz işini iyunun 11-də başa vuracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG