Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:20

Mitinqdə Corc Buşun şəklinin qaldırılmasına izahlar müxtəlifdir


Səs: Real audio
Almaz Quliyevanın vəziyyəti ağır olaraq qalır Müxalifətin mitinqində Amerika prezidentinin şəklini qaldıranlar “Azadlıq” radiosunun müxbiri ilə söhbətdə bunu belə izah ediblər ki, onlara azadlığı məhz Corc Buş gətirə bilər, son ümid onadır.



Ekspertlər arasında bu məsələyə müsbət yanaşanlar da var, bunu siyasətdə bir nümunə kimi pisləyənlər də.



Ana Vətən partiyasından Zahid Oruc ilk baxışda müxalifətin mitinqində Amerika prezidentinin portretinin qaldırılmasında qəribə heç nə olmadığını deyir. Çünki, Birləşmiş Ştatlar demokratik ölkədir və dünyada bu yöndə iş aparır. Ancaq Zahid Oruc bir təcrübə kimi buna normal yanaşmır. Onun fikrincə, əsl siyasi qüvvələr istiqamətləndikləri ölkə başçılarının portretlərini qaldırmamalıdır. Zahid Oruc müxalifətin siyasi fənd işləməsini də istisna etmir.



Politoloq Rasim Musabəyov isə müxalifətin mitinqində Amerika prezidentinin portretinin qaldırılmasını şişirtməyin tərəfdarı olmadığını deyir. O, fikrini belə əsaslandırır ki, Corc Buş dünyada demokratiyanı dəstəkləyən superdövlətin prezidentidir.



Rasim Musabəyovun fikrincə, müxalifəti Qərbə işləməkdə günahlandıran iqtidar düşərgəsi ABŞ prezidentinin şəklinin qaldırılmasından müxalifətə qarşı bir arqument kimi istifadə edə bilər, ancaq bu səmərəli olmayacaq. Mitinqdə Corc Buşun bir neçə şəklini qaldırmaqla müxalifət nə öz gücünü, nə də zəifliyini göstərir. Bu, mitinqdə xırda məqamlardan biridir, əsas məsələ müxalifətin öz gücünü göstərməsidir.



Ana Vətən partiyasından Zahid Oruc isə başqa bir dövlət başçısının portretini başı üstündə qaldırmağın nə vaxtsa müxalifətin imicinə mənfi təsir göstərəcəyini deyir.



Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikri belədir ki, müxalifətin xaricə işləməsinə dair ittihamlar artıq öz aktuallığını itirib. O, demokratiya, insan haqları məsələlərinin heç bir dövlətin daxili işi olmadığını, beynəlxalq hüquq normaları çərçivəsində nizamlandığını diqqətə çatdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG