Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

II İliya və H.A.Paşazadənin deklarasiya imzalayacağı gözlənilir


Səs: Real audio
Almaz Quliyevanın vəziyyəti ağır olaraq qalır Gürcüstan pravoslav kilsəsinin patriarx-katalikosu II İliya Bakıdadır. Qafqaz Müsəlmanları Ruhani İdarəsindən (QMRİ) verilən məlumata görə, Gürcüstan dini lideri Hacı Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana gəlib.



Səfər zamanı Azərbaycan və Gürcüstan dini liderləri dinlərarası dialoqun genişləndirilməsi, Azərbaycan Gürcüstan humanitar əməkdaşlığı, dinin Cənubi Qafqazdakı konfliktlərin tənzimlənməsi, sülh və sabitliyin əldə edilməsində rolu mövzularında müzakirələr aparacaqlar.



Bu gün II İliya Bibiheybət məscidini ziyarət edib.



O, Səngəçal terminalı və məcburi köçkünlərin məskunlaşdığı «Ümid» şəhərciyinə da baş çəkib.



Bu dəqiqələrdə II İliya Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşür.



Onun Heydər Əliyev fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Bakıdakı rus kilsəsinə də gedəcəyi gözlənilir.



İyunun 9-dak davam edəcək səfər çərçivəsində II İliya həmçinin Qax rayonuna da baş çəkəcək. O, «Amaqleba» dini bayramı münasibəti ilə Qax-İngloy kəndindəki müqəddəs Georgi kilsəsində ibadətə rəhbərlik edəcəkdir.



Səfərin sonunda II İliyanın Hacı Allahşükür Paşazadə ilə birlikdə deklarasiya imzalayacağı ehtimal edilir.



Dinşünas-alim Nəriman Qasımoğlu iki ölkə dini liderlərinin görüşünü müsbət qiymətləndirir və bunun Gürcüstan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə yardımçı olacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG