Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:41

ADP sədrinin qohumunun üzərindən polis nəzarəti götürüldü


Səs: Real audio
Almaz Quliyevanın vəziyyəti ağır olaraq qalır ADP sədri Rəsul Quliyevin qohumu Almaz Quliyevanın vəziyyəti orta ağır olaraq qalır. Bunu xəstənin müalicə olunduğu 1 saylı şəhər klinik xəstəxanasının həkimi Təranə Məhərrəmova bildirdi.



Onun sözlərinə görə, xanım Quliyevada ümumi zəiflik hiss olunur: «Sol tərəfində hissiyat pozğunluğu var. Təzyiqi tez-tez dəyişir. Nitqi zəifdir».



Həkimin sözlərinə görə, bu gün saat 12 radələrində xəstənin üzərindən polis nəzarəti götürülüb.



A.Quliyevanın vəkili Osman Kazımov də müdafiə etdiyi şəxsin vəziyyətinin ağır olduğunu bildirdi.



Vəkil Dövlət Gömrük Komitəsinin istintaq şöbəsinin A.Quliyevanın Azərbaycanı tərk etməmək barədə qararından məhkəmə və prokurorluğa şikayət edəcəklərini də bildirdi.



Almaz Quliyeva ADP sədri Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyevin həyat yoldaşıdır. İyunun 3-də Binə hava limanında gömrük xidmətindən keçərkən saxlanılıb. Xanım Quliyevanın saxlanmasına əsas kimi ona məxsus yükün içərisində tapança aşkar edilməsi göstərilir. Almaz Quliyeva silahın ona məxsus olmadığını bildirib. O, əşyaların aeroporta daxil olarkən də yoxlandığını, amma heç bir problem yaranmadığını söyləyib.



İyunun 3-də axşam sorğu-sual edilərkən xanım Quliyevanın

vəziyyəti pisləşib və 1 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
XS
SM
MD
LG