Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:42

FIFA Azərbaycan yığmasını cəzalandıra bilər


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası – FIFA Azərbaycan milli komandasını cəzalandıra bilər. Buna səbəb iyunun 4-də Azərbaycan və Polşa komandalarının Bakıdakı oyununda Azərbaycan milli komandasının baş məşqçisi Karlos Alberto Torresin hakimlərlə mübahisə etməsi və dördüncü hakimi vurmasıdır.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Elşad Nəsirov deyir ki, Azərbaycan komandasına qarşı hansı sanksiyanın tətbiq ediləcəyi oyunu izləyən FIFA nümayəndəsinin yazılı raportundan asılı olacaq.



Azərbaycan komandasının azərbaycanlı məşqçisi Elxan Abdullayev isə düşünür ki, FIFA-nın qərarı sərt ola bilər.



«Cərimə mütləq olacaq. Bundan başqa, bizim azarkeşlər meydana müxtəlif əşyalar atmışdı, stadion diskvalifikasiya oluna bilər».



Elxan Abdullayevin sözlərinə görə, hələlik dəqiq olan odur ki, Polşayla qarşılaşmada meydandan qovulan cənab Torres ən azı sentyabrda Azərbaycanın Şimali İrlandiya ilə oyununu tribunadan izləməli olacaq.



AFFA rəsmiləri isə baş məşqçinin hərəkətlərinə münasibət bildirmək istəməyiblər. Federasiyanın vitse-prezidenti Elşad Nəsirov deyir ki, insidentə yaxın günlərdə AFFA-da keçiriləcək müzakirələrdə qiymət veriləcək.



«AFFA-nın ya icraiyyə komitəsi, ya da nizam-intizam komitəsində müzakirə olacaq və ümumi münasibət bildiriləcək. Ayrı-ayrılıqda hər bir futbol məmurunun fikrindən heç nə asılı deyil».



Karlos Alberto Torresin hərəkətləri isə hətta komandanın özündə də birmənalı qarşılanmayıb.



Milli komandanın azərbaycanlı məşqçisi Elxan Abdullayev deyir ki, cənab Torresin hərəkətinə heç cür haqq qazandırmaq olmaz.



«Hakimlərin işinə qiymət vermək məşqçinin işi deyil, bu işi görən insanlar var. Bundan əvvəl də bizim məğlubiyyətlərimiz olmuşdu, amma heç bir baş məşqçi belə hərəkət etməmişdi».



Baş məşqçi Karlos Alberto Torresin özü isə oyundan sonrakı mətbuat konfransında deyib ki, insidentin baş verməsinə ehtiyat hakimin onu söyməsi səbəb olub. Onun sözlərinə görə, hakimlər polşalılara tərəfkeşlik ediblər, o cümlədən, polşalı futbolçu üçüncü qolu oyundan kənar vəziyyətdən vurub.



Dünya çempionatının seçmə mərhələsində Bakıda Polşa komandası ilə qarşılaşan Azərbaycan millisi 0-3 hesabıyla məğlub olub. Bundan əvvəl Varşavada keçirilən oyun da 8-0 hesabıyla polşalıların xeyrinə başa çatıb.



Azərbaycan komandasının çıxış etdiyi qrupda lider 7 oyundan 18 xal toplayan Polşa millisidir. Bir oyun az keçirən İngiltərə yığması 16 xalla ikincidir. Azərbaycan komandası isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG