Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:13

MSK komissiyaların vəzifələrini müəyyənləşdirdi


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 4-də seçki komissiyalarının vəzifələri haqqında qərar qəbul edib.



Qərar «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» Azərbaycan prezidenti İlham Əliyevin 11 may tarixli sərəncamına müvafiq olaraq qəbul edilib.



MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, komissiya tədbirlər planını da təsdiq edib.



Tədbirlər planına dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması, Seçki Sistemləri üzrə Beynəlxalq Fond - İFES-lə əməkdaşlıq daxildir.



Planda həmçinin seçki komissiyalarının fəaliyyətlərini dövlət məmurlarının qanunsuz müdaxiləsinə yol verilmədən həyata keçirməsi, namizədlər üçün bərabər təşviqat şəraitinin yaradılması, «exit-poll»lara mane olmamaq və s. məsələlər də nəzərdə tutulub.
XS
SM
MD
LG