Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:24

ADP sədrinin qohumu reanimasiyadadır


Səs: Real audio
Almaz Quliyeva xəstəxanada da polis nəzarətindədir İyunun 3-də Binə hava limanının gömrük xidmətində saxlanan Böyük Britaniya vətəndaşı Almaz Quliyeva 1 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindədir. Bunu saxlananın vəkili Osman Kazımov «Azadlıq» radiosuna bildirdi.



Dünən axşam Dövlət Gömrük Komitəsinə gətirilən xanım Quliyevanın sorğu-suala başlanmazdan əvvəl vəziyyəti pisləşib. Nəticədə axşam saat 21:20 radələrində adıgedən xəstəxanaya yerləşdirilib.



1 saylı şəhər klinik xəstəxanasının növbətçi həkimi Mustafa Məmmədovun verdiyi məlumata görə, A.Quliyeva hazırda reanimasiya şöbəsindədir. Onun dediyinə görə, ADP sədrinin qohumuna beyin-qan dövranının kəskin pozğunluğu diaqnozu qoyulub. Vəziyyəti ümumi ağır olaraq qalır.



Növbətçi həkimlə söhbətdən o da məlum oldu ki, Almaz Quliyeva xəstəxanada polis nəzarətindədir.



Almaz Quliyeva ADP sədri Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyevin həyat yoldaşıdır. İyunun 3-də Binə hava limanında gömrük xidmətindən keçərkən saxlanılıb. Xanım Quliyevanın saxlanmasına əsas kimi ona məxsus yükün içərisində tapança aşkar edilməsi göstərilir. Vəkil Osman Kazımovun sözlərinə görə, Almaz Quliyeva silahın ona məxsus olmadığını bildirib. O, əşyaların aeroporta daxil olarkən də yoxlandığını, amma heç bir problem yaranmadığını söyləyib.
XS
SM
MD
LG