Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

«İçərişəhər» festivalı başladı


Səs: Real audio
Qədim şəhərdə aparılan tikinti işlərilə bağlı suala Polad Bülbüloğlu «bu, mənlik deyil»- deyə, cavab verdi Mədəniyyət naziri Polad Bülbüloğlu İçərişəhərdə aparılan tikinti işlərilə bağlı suala «bu, mənlik deyil»- deyə, cavab verdi. Onun sözlərinə görə, bu istiqamətdə qəbul olunmuş fərmanlar icra olunmalıdır.



Dünya Bankının Azərbaycan nümayəndəliyinin vəsaiti hesabına «Azərbaycan mədəni irsinin qorunması» layihəsi çərçivəsində «İçərişəhər» festivalına qatıvlan cənab Bülbüloğlu tədbirin əhəmiyyətini vurğuladı.



Nazir festivalın Azərbaycanın qədim abidələrinin qorunması və dünyada tanınmasına böyük töhfə olduğunu bildirdi.



Onun sözlərinə görə, tədbir uğurlu alınarsa, onu digər bölgələrdə də keçirmək olar.



Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Əhməd Cahani YUNESCO-nun tarixi abidələr siyahısına daxil etdiyi İçərişəhərin son on ildə xeyli dəyişikliklərə məruz qaldığını bildirdi :«Amma bu dəyişikliklərin heç də hamısı müsbət deyil».



İçərişəhər icmasının nümayəndəsi Mələk Hacıyeva isə tədbiri içərişəhərlilər üçün bayram adlandırdı.



Çıxışlardan sonra festival yerli icmaların hazırladığı müxtəlif tədbirlərlə davam etdirildi.



İyunun 6-dək davam edəcək festivalda İçərişəhər küçələrində uşaq proqramları və paradlar keçiriləcək. Sənət əsərləri və qədim əşyalar nümayiş etdiriləcək.
XS
SM
MD
LG