Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

Nardaranlılar üç il əvvəlki problemlərin qaldığını deyirlər


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» İyunun 3-də Bakının Nardaran qəsəbəsində 3 il əvvəl polislə yerli sakinlər arasında baş vermiş toqquşmada həlak olmuş qəsəbə sakini Əlihəsən Ağayevin anma mərasimi keçirildi.



Hadisənin baş verdiyi əraziyə qərənfillər düzülmüş, qəsəbənin mərkəzində səsgücləndiriclər qoyulmuşdu. Çıxış edənlər baş verənlərə görə hökuməti ittiham edirdilər.



Qəsəbə sakinləri üç il öncəki tələblərinin həllini tapmadığını deyirlər. Onların sözlərinə görə, işsizlik əvvəlki kimi qalır, qış vaxtı isə işıq və qazın çatışmazlığından əziyyət çəkirlər.



Nardaranın icra nümayəndəsi Yaşar Orucov isə bildirir ki, işıq-qaz problemi həll olunmaqdadır. İşsizliyin aradan qaldırılmasıyla bağlı planları var.



2002-ci ilin mayından başlayaraq Nardaran sakinləri sosial tələblərlə mitinqlər keçirirdilər. İyunun 3-dən 4-nə keçən gecə qəsəbədə yerli sakinlərlə polis arasında toqquşma baş verdi. Nəticədə bir nəfər qəsəbə sakini öldürüldü, bir neçə nəfərsə yaralandı.



Hüquq-mühafizə orqanları ondan artıq qəsəbə sakinini həbs etdi. Sonradan onların bir hissəsi şərti cəzayla azadlığa buraxıldı. Bir neçə nəfərsə məhkəmə hökmü çıxarılandan sonra prezidentin fərmanı ilə əfv edildilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG