Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

ADP sədrinin qohumu aeroportdan geri qaytarılıb


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» İyunun 3-də Böyük Britaniya vətəndaşı Almaz Quliyeva vətəndaşı olduğu ölkəyə uçarkən Binə hava limanının gömrük xidmətində saxlanılıb.



O, ADP sədri Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyevin həyat yoldaşıdır.



Vəkil Osman Kazımovun sözlərinə görə, xanım Quliyevanın saxlanmasına səbəb kimi ona məxsus yükün içərisində tapança aşkar edilməsi göstərilib.



A.Quliyeva silahın ona məxsus olmadığını deyib. Bildirib ki, onun əşyaları aeroporta daxil olarkən də yoxlanılıb və heç bir problem yaranmayıb.



Cənab Kazımovun sözlərinə görə, A.Quliyeva Böyük Britaniya vətəndaşı olduğuna görə bu ölkənin Azərbaycandakı səfirliyinin nümayəndəsi də hava limanında olub: «Səfirlik nümayədəsinə onun bir neçə saatdan sonra sərbəst buraxılacağı bildirilib».



Vəkildən aldığımız son məlumata görə, Almaz Quliyeva təxminən 12 saata yaxın saxlandıqdan sonra aeroportdan geri qaytarılıb.
XS
SM
MD
LG