Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17
Rubrikalar

Azərbaycan yığması qələbə qazanacağına ümid edir


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» - İyunun 4-də Bakıda futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığma komandası Polşa millilərini qəbul edəcək. Futbolçular gündə iki dəfə məşq edir. Yığma komandanın məşqçilərindən biri Elxan Abdullayev komandanın yaxşı nəticə göstərəcəyinə ümid edir.



Onun sözlərinə görə, yığmaya üç yeni futbolçu cəlb olunub. Bunlar Fərrux İsmayılov, Alim Qurbanov və Vasif Haqverdiyevdir.



- Həndbol üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda iki pley-off görüşü keçirəcək. İlk oyun iyunun 11-də Bakıda, ikinci oyun iyunun 17-də Vyanada olacaq.



- İyunun 9-12-də Moskvada bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycanı Dinarə Gimatova təmsil edəcək.



- Azərbaycanın yeniyetmə boksçuları isə qitə birinciliyinə hazırlaşır. Yeniyetmələrdən ibarət yığma komanda iyunun 18-də Macarıstanda keçiriləcək Avropa çempionatında 11 nəfərlik heyətlə iştirak edəcək.
XS
SM
MD
LG