Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Yürüş-mitinq haqqında ümumi razılığa gəlindi


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» ADP-AXCP-Müsavat seçki blokunun 4 iyun aksiyası «20 yanvar» meydanında başlayıb keçmiş «Qələbə» kinoteatrının qarşısında bitəcək.



Bu barədə iyunun 3-də Bakı şəhər İcra Hakimiyyətinə dəvət edilən müxalifətin Mitinq Komitəsinin üzvləri ilə mer Hacıbala Abutalıov arasında razılıq əldə edilib.



Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə, müzakirələrdən sonra tərəflər aksiyanın «20 yanvar» meydanından başlayaraq keçmiş «Qələbə» kinoteatrı qarşısında bitməsini razılaşdırıblar.



Bundan əvvəl meriya aksiyanın Binəqədi rayonu ərazisindəki «Motodrom»da keçirilməsini qərara almışdı.



Müxalifətçilər isə bununla razılaşmayaraq aksiyanın şəhərin mərkəzində –28 May meydanında keçiriləcəyini bildirmişdilər.



Birləşmiş müxalifətin 21 may yürüş-mitinqinə icazə verilməmiş, polislə aksiyaçılar arasında qarşıdurma yaranmışdı.



Müxalifətçilərin şüarları dəyişməyib. 4 iyun yürüş-mitinqində də ölkədə seçkiqabağı şəraitin demokratikləşdirilməsi, jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılması tələblərinin səsləndirlməsi gözlənilir.
XS
SM
MD
LG