Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:38

"HRW": "Demokratik seçki üçün lazımi mühit yoxdur"


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» «Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsi üçün lazım olan mühit yoxdur». Bunu «Azadlıq» radiosuna müsahibəsində «Human Rights Watch» təşkilatının nümayəndəsi Matilda Boqner deyib: «Azərbaycanda yaranmış seçkiqabağı vəziyyət azad və ədalətli seçkinin keçiriləcəyinə ümidi azaldır».



Onun sözlərinə görə, Azərbaycan hökuməti sərbəst toplaşmaq hüququnu və söz azadlığını məhdudlaşdırır. ATƏT və Avropa Şurasının seçki qanunu ilə bağlı verdiyi tövsiyələri qəbul etmir: «Başqa sözlə, əvvəlki seçkilərdə müşahidə etdiyimiz problemlər Azərbaycanda hələ də qalır».



Xanım Boqner Azərbaycan hökumətini dərhal mitinq və yürüş keçirmək istəyən bütün qruplara icazə verməyə çağırır. «Ələlxüsus da bu seçki ilində. Seçki dövrü oldu-olmadı, bütün müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının etiraz aksiyaları keçirmək haqqı olmalıdır».



O, 2003-cü ildən bəri hökumətin müxalifət qurumlarının nümayişlərinə icazə vermədiyini xatırladaraq, «bu, qəbuledilməzdir və sərbəst toplaşmaq hüququnun pozulmasıdır» - deyib.



Matilda Boqner bildirib ki, beynəlxal ictimaiyyət Azərbaycanı öhdəliklərinə hörmət etməyə çağırır. Onun sözlərinə görə, bu istiqamətdə müraciətlərin sayı getdikcə artacaq.
XS
SM
MD
LG