Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:33

Zığ yolu ətrafında yaşayan gənclərə muştuluq


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» “Ümid” təşkilatının “Zığ icmasının inkişafı təşəbbüsü” layihəsinin Sizə verdiyi imkandan istifadə etməklə istədiyiniz sənətə yiyələnə bilərsiz.



Layihənin biznes inkişaf xidmətləri üzrə mütəxəssisi Elşən Ağayev deyir ki, təşkilata 15 yaşından 27 yaşına kimi olan gənclər müraciət edə bilərlər. Əsas şərt həmin gəncin Zığ yolu ətrafında yaşamasıdır.



“Layihənin müddəti 3 ildir. 2004-cü ildə başlayıb, 2006-cı ildə sona çatacaq. Bu illər ərzində gənclər bizə istənilən vaxt müraciət edə bilərlər. Müraciət üçün heç bir sənəd lazım deyil. Sadəcə, həmin gənc Zığ icması – Zığ yolu ətrafında yaşamalıdır”.



Təşkilat bütün xərcləri öz üzərinə götürməklə gənclərin seçdikləri peşəyə uyğun peşəkar usta yanında 3 ay xüsusi kurs keçməsini təşkil edir. Hətta gəncə lazım olan avadanlıqları da təşkilat özü alır. Təşkilatın xidmətləri bununla da bitmir.



“Bizim peşə sahəsini bitirən gənc sonradan həmin sənət üzrə özünü işlə təmin edə bilirsə, biz ona biznesə başlamaqda, biznesin reklamında müəyyən tövsiyələr veririk. Əgər həmin şagirdə bu sənətə başlamaq üçün avadanlıq almaqda kömək lazımsa, biz onu da edirik”.



Elşən Ağayev deyir ki, bu günədək bərbər olmaq arzusu ilə müraciət edənlər çoxluq təşkil edir. Bundan başqa, təşkilatın köməyi ilə artıq dərzi, mobil telefon ustası və digər sahələr üzrə çalışan gənclər də var. İyun ayından başlayaraq təşkilat həm də kompüter kursları açacaq.
XS
SM
MD
LG