Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35

Rusiya XİN-i notaya cavab verdi


Səs: Real audio
Pyotr Burdıkin: «Silahların Ermənistandakı Rusiya hərbi bazalarına göndərilməsi üçüncü dövlətə qarşı istifadə olunması demək deyil» Gürcüstandan çıxarılan Rusiya hərbi texnikasının bir hissəsinin Ermənistanda yerləşdirilməsi planı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına Rusiya tərəfi iyunun 2-də cavab verib. Rusiya Xarici İşlər Nazirliyinin cavab notasını bu ölkənin Bakıdakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin təqdim edib.



Cənab Burdıkin jurnalistlərlə söhbətində bildirdi ki, cavab notasında hərbi texnikanın Rusiyanın bir bazasından digərinə köçürülməsi yolu ilə baş verəcəyi və bunun Azərbaycana qarşı yönəlməyəcəyi qeyd olunur: «Rusiya təzyiqlər altında qoşunların Gürcüstandan çıxarılmasını sürətləndirməlidir. Ona görə də silahların bir hissəsi Ermənistandakı Rusiya hərbi bazalarına göndəriləcək. Lakin bu, həmin silahların Ermənistana verilməsi və üçüncü dövlətə qarşı istifadə olunması demək deyil».



Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə bildirdi ki, Azərbaycan Gürcüstandan çıxarılan silahların bir hissəsinin Ermənistanda yerləşdiriləcəyi barədə məlumatardan əvvəlki kimi narahatdır: «Bu, bizi narahat edir. Cənubi Qafqazda xarici qoşunların yerləşdirilməsinə nə siyasi, nə də hərbi nöqteyi-nəzərdən bəraət qazandırıla bilməz».



Azərbaycan XİN mayın 23-də Rusiyaya nota göndərmişdi. Notada Gürcüstandan çıxarılan Rusiya hərbi texnikasının bir hissəsinin Ermənistanda yerləşdirilməsi planı ilə bağlı narahatlıq bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG