Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:43

Seçki Məcəlləsi ilə Avropa Şurası məşğuldur. ABŞ-ın təklifləri yoxdur


Səs: Real audio
Meriya yürüş-mitinqin Motodromda keçirilməsinə qərar verdi Müxalifət dairələrində belə bir həyəcan var ki, seçki komissiyalarının tərkibinin dəyişdirilməməsi parlament seçkisinin demokratikliyini şübhə altına salacaq. Çünki, onların fikrincə, hazırkı seçki komissiyaları ilə seçkinin azad keçirilməsini təmin etmək mümkün deyil.



Seçki komissiyalarının tərkibinin dəyişdirilməsini təklif edənlərin arqumentlərindən biri budur ki, komissiyalardakı bitərəflər əslində hakim partiyanın tərəfini saxlayır, həlledici məqamlarda müxalifətin əleyhinə səs verir.



Mərkəzi Seçki Komissiyasında Vətəndaş Həmrəyliyi partiyasının təmsilçisi Ənvər Əliyev əmindir ki, seçki komissiyalarının tərkibi dəyişdirilməsə, demokratik seçkidən söhbət gedə bilməz. Onun fikrincə, seçki komissiyalarının sədri müxalifətdən olsa, daha yaxşı olar.



MSK-nın katibi Vidadi Mahmudlu isə seçki komissiyalarının tərkibinin dəyişdirilməsinin əvvəlcə qanunvericilik məsələsi olduğunu deyir. Yəni, Milli Məclis Seçki Məcəlləsinə dəyişiklik etməlidir ki, komissiyaların tərkibi dəyişdirilə bilsin. Ancaq digər tərəfdən, Vidadi Mahmudlu siyasi hakimiyyətin iradəsinin də əhəmiyyətini vurğulayır. Onun fikrincə, etiraf olunmalıdır ki, hazırkı komissiyalarla demokratik seçki keçirmək mümkün deyil.



Vidadi Mahmudlunun sözlərinə görə, komissiyaların tərkibinin dəyişdirilməsi seçkinin demokratikliyinə ciddi təsir göstərəcək. Bundan başqa, “exit-poll”arın keçirilməsi, səslərin paralel sayılması, seçki praktikasının təkmilləşdirilməsinə dair prezident fərmanı da seçkinin demokratik keçməsinə xidmət edə bilər.



MSK-nın hakim YAP-dan olan üzvü, hüquqşünas Fuad Cavadovsa seçki komissiyalarıyla bağlı deyilənlərlə razılaşmır.



Fuad Cavadovun fikrincə, 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsinə dəyişikliyə ehtiyac yoxdur. Onun dediyinə görə, seçki komissiyalarının tərkibi artıq ixtisaslaşıb. Əvvəllər hər seçki üçün ayrıca komissiya təşkil olunurdusa, indi ancaq bir komissiya bu işlə məşğul olur. Fuad Cavadov komissiyalardakı bitərəflərin müxalifətin əleyhinə işləməsi barədə deyilənləri əsassız adlandırır.



Artıq müxalif qüvvələrdə belə fikir yaranır ki, Seçki Məcəlləsinə texniki dəyişikliklər ediləcək və belə olan halda payızda keçiriləcək parlament seçkiləri əvvəlkilərdən elə də fərqlənməyəcək.



Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harniş də Seçki Məcəlləsi ilə bağlı deyir ki, bu, Amerikanın hansısa təkliflər verəcəyi sənəd deyil.



“Vahid Seçki Məcəlləsi ilə əvvəldən Avropa Şurası məşğul olub və tərəflər arasında kompromis əldə olunub. 2005-ci ildə isə Venesiya Komissiyası bütün tərəflərlə – hökumət və siyasi partiyalarla Seçki Məcəlləsinə mümkün dəyişiklikləri müzakiri edir. Biz bu yaxında nəsə bir nəticənin olacağını gözləyirik”.
XS
SM
MD
LG